“Mercedes” aşdı, 5 nəfər xəstəxanalıq oldu

“Mercedes” aşdı, 5 nəfər xəstəxanalıq oldu
30.08.2026 14:13 Hadisə

Gədəbəy rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

TodayPress TV Report-a istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobilin aşması nəticəsində 5 nəfər; Elvir Fətəliyev, Rufan Məmmədov, Ziya Nuriyev, qardaşı Musa Nuriyev və Məhəmməd Məmmədov xəsarət alıblar.

Yaralılar əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncəyə şəhərindəki xəstəxanalardan birinə çatdırılıblar.

Faktla bağlı araşdırma başlanılıb.

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər