Avropaya “qapılar bağlandı”: İslandiya Aİ ilə bağlı qərarını verdi
İslandiyada keçirilən referendumda seçicilərin əksəriyyəti ölkənin Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqların bərpasına qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, son nəticələrə görə, seçicilərin 52,8%-i “xeyr”, 47,2%-i isə “bəli” deyib.
Paytaxt Reykyavikdə danışıqların bərpasını dəstəkləyənlər üstünlük təşkil etsə də, ölkənin kənd və digər bölgələrində “xeyr” səsləri nəticəni müəyyənləşdirib.
Qeyd edək ki, referendum İslandiyanın dərhal Aİ-yə üzvlüyünü deyil, üzvlüklə bağlı danışıqların yenidən başlamasını nəzərdə tuturdu.
Kübra Musayeva