Ankara–Ər-Riyad–İslamabad xəttində yeni dövr: Məkkə Paktının İLK İCLASI

Ankara–Ər-Riyad–İslamabad xəttində yeni dövr: Məkkə Paktının İLK İCLASI
30.08.2026 16:51 Dünya

Məkkə Paktının siyasi və müdafiə komitəsinin ilk iclası avqustun 31-də İstanbulda keçiriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, iclasda sazişi imzalayan ölkələrin xarici işlər və müdafiə nazirləri, həmçinin Baş Qərargah rəisləri iştirak edəcəklər:

“Üç ölkənin xarici işlər və müdafiə nazirlərindən, həmçinin Baş Qərargah rəislərindən ibarət strateji siyasi və müdafiə komitəsinin ilk iclası avqustun 31-də İstanbulda keçiriləcək. Söhbət Məkkə Sazişini imzalayan üç ölkədən – Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyədən gedir. İclasda sözügedən saziş çərçivəsində həyata keçirilən fəaliyyətin strateji istiqamətlərinin müəyyənləşdirilməsi planlaşdırılır”.

Həmçinin əlavə edilib ki, görüşdə beynəlxalq təhlükəsizlik məsələləri nəzərdən keçiriləcək, müdafiə qabiliyyətinin gücləndirilməsi, üç ölkənin silahlı qüvvələrinin operativ uyğunluğunun artırılmasına yardım göstərilməsi, birgə istehsal və elmi-tədqiqat işləri də daxil olmaqla müdafiə sənayesində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də terrorizmlə mübarizədə birgə səylərin gücləndirilməsi kimi mövzular müzakirə olunacaq.

Bundan əlavə, strateji komitə tərəfindən müəyyən edilən birgə fəaliyyət sahələrində işi istiqamətləndirəcək katibliyin, eləcə də digər müvafiq mexanizmlərin fəaliyyət çərçivəsinin müəyyənləşdirilməsi və növbəti addımların yol xəritəsinin hazırlanması planlaşdırılır.

Məlumata əsasən, görüşdə Türkiyəni xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlu təmsil edəcəklər.

Aysel Mətləb

XƏBƏR LENTİ
30 AVQUST 2026
Bütün Xəbərlər