Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub
Şimali Kipr sahillərində batan bərənin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olub.
TodayPress TV xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.
"Hər ikisi xilas edilib", - deyə o bildirib.
Azərbaycan vətəndaşları ilkin tibbi yardım aldıqdan sonra xəstəxanadan buraxılıblar. Məlumata görə, onların sağlamlıqları üçün təhlükə yoxdur.
Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.