Məsud Pezeşkian Qırğızıstana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian avqustun 31-i Qırğızıstana səfər edəcək.
TodayPress TV xəbər verir ki , bu barədə İran Prezidentinin İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Pezeşkian Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iki günlük sammitində iştirak edəcək.
Lider, həmçinin avqustun 31-dən sentyabrın 6-dək Qırğızıstanda keçiriləcək VI Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimində iştirak edəcək.
Aysel Mətləb