Şimali Kiprdə batan gəmi ilə bağlı istintaq başladıldı
Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürman Girnədə baş verən gəmi qəzası ilə bağlı açıqlama verib.
TodayPress TV xəbər verir ki, o, batan gəmi ilə bağlı axtarış-xilasetmə işlərinin davam etdiyini, 7 nəfərin həyatını itirdiyini, 237 nəfərin isə sağ xilas edildiyini bildirib.
“Gəminin batdığı yerdə dənizin dərinliyi 500 metrdir. Dərinlikdə işləmək asan deyil. Səthdə və səthə yaxın ərazilərdə axtarış aparılır. Dalğıclar ərazidədir, axtarışlar davam edir. Bütün qurumlarımız ərazidədir. Şimali Kipr Türk Respublikası mövcud imkan və resurslarının hamısından istifadə edir. Hamımız böhran masası ətrafındayıq”, – deyə o qeyd edib.
Prezident Erhürman Polis Baş İdarəsinin hadisə ilə bağlı araşdırmaya başladığını da vurğulayıb.
Aysel Mətləb