Azərbaycan Premyer Liqası: “Zirə” “Neftçi”ni bir qolla məğlub etdi
Azərbaycan Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib.
TodayPress TV xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev "Neftçi"nin qapısından keçirib. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Zirə" turnir cədvəlinin ilk sırasında qərarlaşıb. 6 xala malik "Neftçi" isə ikincidir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.