Rəcəb Tayyib Ərdoğan Bişkekə səfər edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 31-dən sentyabrın 1-dək Bişkekdə səfərdə olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran məlumat yayıb.
O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Qırğızıstan Prezidenti Sadır Caparovun dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Bişkekə səfər edəcək.
B. Duran, səfər çərçivəsində Ərdoğanın genişləndirilmiş formatda keçiriləcək sammitin iclasında çıxış edəcəyini və dövlət liderləri ilə ikitərəfli görüşlər keçirəcəyini qeyd edib.
Aysel Mətləb