"Ermənilərdən daha çox erməni ola bilmərik" - Kremlin İrəvanın Aİ istəyinə reaksiyası
"Ermənilərdən daha çox erməni ola bilmərik" -
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı İrəvanın Avropa İttifaqına (Aİ) qoşulmaq istəyini müzakirə etmək niyyətindədir.
TodayPress TV xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov qeyd edib ki, yüksək səviyyədə hər bir təmas vacibdir və Putin görüşdən “arqumentləri bir daha səsləndirmək” üçün istifadə edəcək.
O, görüşün Ermənistanın Rusiyadan uzaqlaşmasının qarşısını almağa kömək edib-etməyəcəyi ilə bağlı suala cavabında bildirib:
“Biz ermənilərdən daha çox erməni ola bilmərik. Biz onlara məhz bunu – referendum keçirməyi təklif edirik”.
Peskovun sözlərinə görə, Ermənistanın taleyi ilə bağlı qərarı ermənilər özləri verəcəklər.
Aysel Mətləb