20 il sonra ilk dəfə! Cokoviç “Böyük dəbilqə”nin ilk turunda məğlub oldu

20 il sonra ilk dəfə! Cokoviç “Böyük dəbilqə”nin ilk turunda məğlub oldu
31.08.2026 08:05 İdman

“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibi, dünya reytinqinin 5-ci pilləsində qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç 2006-cı ildən sonra ilk dəfə “Böyük dəbilqə” yarışının ilk mərhələsində məğlub olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Opta Ace” məlumat yayıb.

39 yaşlı Cokoviç bu uğursuzluqla 31 avqust tarixində keçirilən ABŞ Açıq çempionatının ilk turunda üzləşib. Serbiyalı raketka ustası dünya reytinqində 49-cu olan argentinalı Mariano Navoneyə 6:7 (5:7), 7:5, 6:4, 2:6, 1:6 hesabı ilə uduzub.

Görüş 4 saat 40 dəqiqə davam edib. Bu, Cokoviçin karyerasında “Böyük dəbilqə” turnirinin ilk mərhələsində keçirdiyi ən uzun matç olub.

Xatırladaq ki, Cokoviç sonuncu dəfə 2006-cı ildə Avstraliya Açıq çempionatının ilk turunda məğlubiyyətlə üzləşmişdi. Həmin vaxt onu dörd setlik qarşılaşmada ABŞ təmsilçisi Pol Qoldstin məğlub etmişdi.

Beləliklə, Cokoviç 20 ildən sonra ilk dəfə “Böyük dəbilqə” turnirində ilk mərhələdən mübarizəni dayandırıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər