Nikol Paşinyan Qırğızıstana getdi

Nikol Paşinyan Qırğızıstana getdi
31.08.2026 09:23 Dünya

Ermənistanın Baş naziri Nikol Paşinyan iki günlük işgüzar səfər üçün Qırğızıstana yola düşüb.

TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Paşinyan səfər çərçivəsində Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) “ŞƏT+” formatında görüşündə iştirak edəcək.

Baş nazir həmçinin sammit çərçivəsində təşkil olunacaq digər tədbirlərə qatılacaq.

Səfər zamanı Paşinyanın bir sıra xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcəyi bildirilir.

Görüşlərdə regional və ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər