Lebron Ceymsin qızı ilə paylaşımı sosial şəbəkədə böyük maraq doğurdu
“Filadelfiya”nın forvardı Lebron Ceyms qızı Juri ilə bir neçə fotosunu sosial şəbəkədə paylaşıb.
TodayPress TV xəbər verir ki, NBA ulduzu paylaşımında qızına olan sonsuz sevgisini ifadə edib.
“Atasının balaca şahzadəsi! Sən həmişə mənim sevgimsən. Səni sevirəm, balaca. Bu sevgini sözlərlə ifadə etmək mümkün deyil!” – Ceyms yazıb.
Qeyd edək ki, Lebron Ceyms iyul ayında başqa komandaya keçmək qərarına təsir edən ən vacib şəxsin həyat yoldaşı, agenti və ya NBA-dəki ulduz komanda yoldaşları deyil, məhz qızı Juri olduğunu açıqlamışdı.
Basketbolçu Fanatics Fest tədbirində bildirib ki, qərarın bütün yükünü demək olar 12 yaşlı qızı daşıyıb. Ceyms qızının bu xəbəri başqasından eşitməsini istəmədiyi üçün onu kənara çəkərək “Leykers”də artıq oynamayacağını və bundan sonra hər zaman evdə ola bilməyəcəyini özü deyib.
Daha sonra Lebron qızından bu barədə hisslərini bölüşməsini istəyib.
Hazırda Ceyms ailəsinin üç övladından yalnız Juri valideynləri ilə daimi yaşayır.
Namiq HUN
TodayPress TV