Fransızların 79 faizi ondan narazıdır - Makrona etimad sarsıldı
Fransızların böyük əksəriyyəti Fransa Prezidenti Emmanuel Makronun fəaliyyətindən narazıdır və onun yanvar ayından etibarən topladığı vətəndaş etimadını tamamilə itirdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Le Journal du Dimanche” qəzeti üçün CSA şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.
1 000 fransız arasında keçirilən sorğuya əsasən, dövlət başçısının reytinqi 7 faiz bəndi azalaraq 21 faizə düşüb. Respondentlərin 79 faizi isə prezidentin siyasətindən narazıdır.
Nəşrin qeyd etdiyi kimi, prezident “bu ilin yanvarından etibarən tədricən qazandığı bütün reytinqini itirib”. Bununla yanaşı, Makrona qarşı narazılıq onun yaratdığı partiyanın tərəfdarları arasında da artıb.
Aysel Mətləb