Brüssel İslandiyanın danışıqlardan imtina etməsindən "məyus oldu"

Brüssel İslandiyanın danışıqlardan imtina etməsindən "məyus oldu"
31.08.2026 06:30 Dünya

İslandiyada keçirilən referendumda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı danışıqların bərpasına qarşı səs verilməsi Brüsseli məyus edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin yazdığına görə, Brüsseldəki rəsmilər İslandiyanı “aşağı risk dərəcəsinə malik” ölkə hesab edirlər. İslandiyanın Aİ-yə qoşulması ittifaqın genişlənməsinə münasibətdə skeptikliyi azaltmağa və Avropa İttifaqının Arktikadakı strateji mövqelərini gücləndirməyə kömək edə bilərdi.

İslandiyanın “RUV” telekanalının məlumatına görə, səslərin demək olar ki, hamısının hesablanması nəticəsində islandiyalıların 52,5 faizinin danışıqların bərpasına qarşı olduğu müəyyənləşib.

“Görünür, nəticə aydındır - islandiyalılar “xeyr” deyirlər”, - deyə telekanal qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər