Mourinyo Bellinqemə heyran qaldı: “Mərkəzdə oynayanda inanılmazdır!”
“Real”ın baş məşqçisi Joze Mourinyo komandanın yarımmüdafiəçisi Cud Bellinqemin “Qızıl top” mükafatını qazanmağa layiq olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Mourinyo ingiltərəli futbolçunun həm özünə, həm də komanda yoldaşlarına qarşı yüksək tələbkarlığını xüsusi qeyd edib.
“O, özünə və başqalarına qarşı çox tələbkardır və bu, mənim çox xoşuma gəlir. Onunla razılaşmışdıq ki, müdafiə zamanı onu ikinci sol cinah müdafiəçisi kimi görmək istəmirəm. Əvvəllər bu, tez-tez baş verirdi və biz “Benfika” ilə oyunda bundan fəal istifadə edirdik.
İndi komandanı fərqli şəkildə təşkil etmişik. O, nə etməli olduğunu bilir və özünü rahat hiss edir. Demişdim ki, “Real”da “Qızıl top”u qazana biləcək birdən çox futbolçu var. Amma onlardan biri məhz Cuddur. Əlbəttə, dünya çempionatında tarix yazmış futbolçu da var. Lakin Cud mərkəz yarımmüdafiəsində oynayanda bu, inanılmazdır”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, Bellinqem 2026/2027-ci illər mövsümündə “Real”ın heyətində 3 matç keçirib. O, bu görüşlərdə 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Namiq HUN