Rafael Leau “Qalatasaray”da yeni hədəfini açıqladı: Çempionluq!

Rafael Leau “Qalatasaray”da yeni hədəfini açıqladı: Çempionluq!
31.08.2026 09:13 İdman

“Qalatasaray”ın yeni transferi Rafael Leau İstanbul təmsilçisinə keçidindən sonra ilk təəssüratlarını bölüşüb.

TodayPress TV xəbər berir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

27 yaşlı vinger komanda ilə birlikdə titullar qazanmağı hədəflədiyini bildirib.

“Qalatasaray” iyun ayından etibarən məni bura gətirmək üçün çox səy göstərdi. Maraqlarına görə onlara böyük təşəkkürümü bildirirəm. Bu, çox böyük klubdur. Komanda ötən mövsüm çempion oldu və mən də burada çempionluqlar qazanmaq, azarkeşlərə bu hissləri yaşatmaq üçün gəlmişəm.

Burada artıq əla komanda var və çox güclü kollektiv formalaşır. Mən də onun uğurlarına öz töhfəmi vermək istəyirəm. Azarkeşlərimizə böyük təşəkkür edirəm – bu, möhtəşəm hissdir. Onlara sevinc bəxş etmək, qollarım və məhsuldar ötürmələrimlə komandaya kömək etmək istəyirəm. Buna görə də onlarla birlikdə olduğum üçün çox xoşbəxtəm”, – Leau klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm “Milan”ın heyətində 31 matçda iştirak edib. O, bu görüşlərdə 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər