Millimizin basketbolçularına ABŞ-dən böyük MARAQ!
Azərbaycanın qadınlardan ibarət basketbol üzrə əsas milli komandasının altı üzvü ABŞ-nin müxtəlif təhsil müəssisələrinin basketbol proqramlarından təklif alıb.
TodayPress TV xəbər verir ki, yeni mövsümdən etibarən basketbolçular təhsillərini və basketbol karyeralarını ABŞ-də davam etdirəcəklər.
Belə ki, Səlminaz Ramazanlı Luiziana Xristian Universitetində, Ela Nur Gökçöl Georgian Court Universitetində, Aylin Əkbərzadə John Bapst Memorial Liseyində, Polina Şukina Mərkəzi Florida Akademiyasında, Aylin Niftəliyeva Springfield Commonwealth Akademiyasında, Deniz Gökçöl isə Central Pointe Xristian Akademiyasında çıxış edəcək.
Basketbolçuların ABŞ-də yeni mühitdə təcrübə qazanmasının onların fərdi inkişafına və gələcəkdə Azərbaycan basketbolunun inkişafına töhfə verəcəyi gözlənilir.
Kübra Musayeva