Rusiya Qara dənizdə iki gəmini VURDU

Rusiya Qara dənizdə iki gəmini VURDU
03.09.2026 18:55 Dünya

Rusiya Silahlı Qüvvələri Qara dənizin akvatoriyasında quru yük gəmisinə və konteyner daşıyan gəmiyə zərbə endirib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyasının Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə istifadə olunan dəniz gəmilərinə və liman infrastrukturunun obyektlərinə qrup zərbələri endirməyə davam edir”, - deyə nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, quru yük gəmisi silah və sursat, konteyner daşıyan gəmi isə hərbi-texniki təyinatlı yüklər daşıyıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər