İsrail ordusundan Livana yeni təxliyə əmri
İsrail Müdafiə Ordusu Livanın cənubundakı Deyr Zahrani yaşayış məntəqəsinin bir hissəsində yaşayan sakinlərə ərazini tərk etmələri barədə xəbərdarlıq edib.
TodayPress TV xəbər verir ki, ordunun məlumatına görə, "Hizbullah" İsrail qüvvələrinin istiqamətində partlayıcı yüklü pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Bundan sonra İsrail ordusu Hizbullaha məxsus obyektə zərbə endirəcəyini açıqlayıb. "Hizbullah"ın “Əl-Mənar” televiziyası isə İsrail aviasiyasının Deyr Zahrani kəndinə zərbə endirdiyini bildirib. Kənd İsrail sərhədindən təxminən 20 kilometr məsafədə yerləşir.
Son günlər Livanın cənub və şərqində qarşıdurmaların yenidən şiddətləndiyi bildirilir. Sentyabrın 4-ü İsrailin zərbələri nəticəsində 4 nəfər, bazar günü isə Nabatiyə bölgəsindəki hücumlarda 7 nəfər həlak olub.
İsrail ordusu hücumların "Hizbullah" tərəfindən atəşkəsin pozulmasına cavab olduğunu açıqlayıb.
Türkan İsgəndərli