Alkarasdan səmimi etiraf: “Bədənimi və psixikamı qorumalıyam”

Alkarasdan səmimi etiraf: “Bədənimi və psixikamı qorumalıyam”
07.09.2026 09:11 İdman

İspaniyalı tennisçi, dünya reytinqinin üç nömrəlı raketkası Karlos Alkaras uzunmüddətli idman karyerası naminə ayrı-ayrı turnirlərdən imtina etməyə hazır olduğunu bəyan edib.

TodayPress TV “US Open”in mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı idmançı fiziki və ruhi sağlamlığını qorumağın vacibliyini vurğulayıb.

“Karyeramın çox uzun - daha 10-15 il davam etməsini həqiqətən istəyirəm. Psixi sağlamlığımın və bədənimin qayğısına qalmaq mənim üçün çox vacibdir. Buna nail olmaq üçün yarışlarda fasilələr verməliyəm. Dəqiq nə vaxt olacağını deyə bilmərəm. Bir həftədə neçə matç oynayacağını və növbəti turnirdə nə qədər irəliləyəcəyini əvvəlcədən bilmək mümkün deyil”, – deyə Alkaras bildirib.

Qeyd edək ki, tennisçi bilək zədəsi səbəbindən cari mövsüm aprel ayından avqustun sonuna qədər rəsmi yarışlarda iştirak etməyib.

Xatırladaq ki, Alkaras amerikalı Tommi Polu 6:4, 6:3, 6:4 hesabı ilə məğlub edərək “US Open”in dörddəbir finalına yüksəlib. O, yarımfinala vəsiqə uğrunda digər ABŞ təmsilçisi Ben Şeltonla qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər