Arda Turandan iddialı mesaj: “Donbass Arenada oynasaydıq...”
“Şaxtyor”un baş məşqçisi Arda Turan komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə hazırlığından danışıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib:
“Sentyabrın sonuna, yəni milli komandalar üçün fasiləyə qədər olan dövr üçün plan hazırladıq. Sizi əmin edə bilərəm ki, qrafikdə hətta yatmaq üçün belə o qədər də çox vaxt yoxdur. Bununla belə, xüsusilə hələ də bu reallıqlarda yaşayan insanlar naminə əlimizdən gələnin ən yaxşısını etməliyik. Bizim edə biləcəyimiz budur.
Bu, bizim arzumuzdur və əlbəttə, asan olmayacaq. Ən azı ona görə ki, ev oyunlarını doğma şəhərimizdən minlərlə kilometr uzaqda keçirməliyik. Əmin edə bilərəm ki, əgər “Donbass Arena”da oynasaydıq, qarşıya ilk səkkizlikdə yer almaq məqsədini qoyardım.
Bizim əsas vəzifəmiz Çempionlar Liqasında Ukraynanı layiqincə təmsil etməkdir. Müəyyən mənada futbolçularım hələ mənim ideal hesab etdiyim səviyyədə hazır deyillər. İlk toxunuşun keyfiyyətli icrasında çatışmazlıqlarımız var, həmçinin hücumların son mərhələsində vəziyyətləri bir qədər çox mürəkkəbləşdiririk. Bunları təkmilləşdirməliyik.
Lakin futbolçularımın potensialına şübhə etmirəm. Ötən mövsüm onlar çempionluğu öz çiyinlərində qazandılar. Hər biri mövsüm ərzində həm Ukrayna Premyer Liqasında, həm də avrokuboklarda 20 oyun keçirib. Eyni zamanda, üç gündən bir meydana çıxmaq və çətin qələbələr qazanmaq təcrübəsinə malikdirlər.
Onlara inanmaqda davam edirəm və əminəm ki, bu inam özünü doğruldacaq. Onlar hamımıza sevinc bəxş edə biləcəklər”.
Qeyd edək ki, “Şaxtyor” Çempionlar Liqasının əsas mərhələsində PSV, AEK, “İnter”, “Sportinq”, “Fənərbağça”, “Slovan”, “Leypsiq” və “Real”la qarşılaşacaq.
Donetsk təmsilçisi nominal ev oyunlarını İngiltərənin “Çelsi” klubunun stadionunda keçirəcək.
Donetsk təmsilçisi sentyabrın 10-da səfərdə PSV klubu ilə qarşılaşacaq.
Namiq HUN