Cəmi 30 dəqiqəlik gəzinti beyinə necə təsir edir?
Cəmi 30 dəqiqəlik gəzinti mürəkkəb zehni tapşırıqlar zamanı beynin fəaliyyətini nəzərəçarpacaq dərəcədə dəyişə bilər.
TodayPress TV xəbər verir ki, bu nəticəyə Milli Sənaye Elmi-Tədqiqat İnstitutunun (AIST) alimləri apardıqları araşdırma nəticəsində gəliblər.
Araşdırmada orta yaşı 25 olan 16 gənc və orta yaşı təxminən 62 olan 19 yaşlı insan iştirak edib. İştirakçılar müxtəlif günlərdə ya 30 dəqiqə orta intensivlikdə qaçış trenajorunda yeriyib, ya da oturaraq dincəliblər.
Hər məşğələdən əvvəl və sonra iştirakçılar beynin funksional maqnit-rezonans tomoqrafiyası aparatı ilə koqnitiv çeviklik testindən keçiblər. Test zamanı onlardan fiqurların rənginə və formasına əsaslanan qiymətləndirmə qaydaları arasında keçid etmələri tələb olunub.
Yaşlı iştirakçılarda tapşırığın yerinə yetirilməsi zamanı beynin bir neçə bölgəsinin daha aktiv işlədiyi müşahidə olunub. Alimlər hesab edirlər ki, yaşlı insanlarda iş qabiliyyətini qorumaq üçün beynin daha geniş resurslarından istifadə tələb oluna bilər.
Aysel Mətləb