Məktəbli uşağın yemək çantasında nələr olmalıdır? - Dietoloq açıqladı

Məktəbli uşağın yemək çantasında nələr olmalıdır? -  Dietoloq açıqladı
07.09.2026 06:40 Dünya

Məktəbdə uşaqların qidalanmasını daha müxtəlif etmək üçün bir neçə bölməsi olan yemək çantalarından istifadə etmək olar. Dietoloq belə qutulara müxtəlif faydalı qəlyanaltılarla yanaşı, sendviç də əlavə etməyi məsləhət görüb.

TodayPress TV xəbər verir ki, bu barədə “KP.ru”ya dietoloq Lyudmila Denisenko məlumat verib.

Mütəxəssisin sözlərinə görə, çörək beynin fəaliyyəti və immunitet üçün vacib olan B qrupu vitaminlərinin mənbəyidir.

Dietoloq qəlyanaltı variantlarından birinə avokado və hinduşka əti ilə hazırlanmış sendviç, çubuq şəklində doğranmış xiyar və ya kərəviz, həmçinin bir ovuc badam əlavə etməyi tövsiyə edib. Bu qidalanmada zülalı hinduşka, yağları avokado və qoz-fındıq, karbohidratları isə çörək və tərəvəzlər təmin edir.

Denisenko bildirib ki, uşaqların qəlyanaltısında avokadodan istifadə yaxşı seçimdir. Onun sözlərinə görə, avokado yaxşı mənimsənilən və dadlı Omeqa-3 mənbəyidir, badam isə maqneziumla zəngindir.

Mütəxəssis yemək çantasına kərə yağı və pendirli sendviç də qoymağın mümkün olduğunu qeyd edib. Bunun yanında yumurta və bütöv banan əlavə etmək tövsiyə olunur. Yumurtanın tərkibində beyin üçün vacib olan xolin və D vitamini var. Kərə yağı zəruri yağların, pendir isə zülal və triptofanın mənbəyidir. Banan isə ürək və sinir sistemi üçün vacib olan maqnezium və kaliumla zəngindir.

Aysel Mətləb

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər