Sonuncu pillədən çıxış yolu: “Fiorentina” Vanolini seçdi
“Fiorentina” klubunun baş məşqçi postuna Paolo Vanolinin təyin olunması gözlənilir.
TodayPress TV xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, Florensiya təmsilçisinin rəhbərliyi 54 yaşlı mütəxəssislə danışıqlara başlayıb. Tərəflər arasında şifahi razılaşmanın əldə olunduğu və Vanolinin yaxın vaxtlarda “Fiorentina”nın baş məşqçisi postuna qayıtmağa hazır olduğu bildirilir.
Qeyd edək ki, italyan mütəxəssis 2025/2026 mövsümündə də “Fiorentina”ya rəhbərlik edib. Həmin mövsümün yekununda klub İtaliya çempionatını 15-ci pillədə başa vurub və bundan sonra Vanoli vəzifəsini tərk edib.
“Fiorentina” bundan əvvəl iyun ayından komandanın baş məşqçisi olan Fabio Qrossonu istefaya göndərib. Onun rəhbərliyi altında komanda A Seriyasının ilk üç turunda məğlub olub və turnir cədvəlinin sonuncu – 20-ci pilləsinə düşüb.
Paolo Vanoli məşqçilik karyerası ərzində “Torino”, “Venezia” və Moskva “Spartak”ında çalışması ilə tanınır.
Namiq HUN