Ulduz futbolçunun yeni ünvanı bəlli oldu: “Əl-İttihad”!
Niderlandlı yarımmüdafiəçi Corcinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.
TodayPress TV xəbər verir ki, 35 yaşlı futbolçu yeni klubu ilə “1+1” sxemi üzrə müqavilə imzalayıb.
Razılaşma bir mövsümlük nəzərdə tutulub və daha bir il uzadılma opsiyasına malikdir. Transfer azad agent statusu ilə gerçəkləşib.
Qeyd edək ki, Veynaldumun son klubu bu yay ayrıldığı Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-İttifaq” olub. Təcrübəli oyunçu karyerası ərzində “Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma” kimi klubların şərəfini qoruyub. O, “Liverpul”un heyətində İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Namiq HUN