Eyni bəxtsizlik təkrarlandı: Erik Qarsiya yenidən əməliyyat ərəfəsində

Eyni bəxtsizlik təkrarlandı: Erik Qarsiya yenidən əməliyyat ərəfəsində
07.09.2026 09:55 İdman

“Barselona” klubunun müdafiəçisi Erik Qarsiya İspaniya çempionatında “Valensiya”ya qarşı keçirilən matçda (5:0) növbəti dəfə burnunu qırıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.

Bildirilir ki, görüşün 25-ci dəqiqəsində cərimə meydançasında mübarizə zamanı Rodri arxasında duran komanda yoldaşı Qarsiyanın üzünə təsadüfən alnı ilə zərbə endirib.

Xəsarət alan futbolçunun burnundan qan açılıb və o, meydanı tərk etmək məcburiyyətində qalıb. Məşqçilər korpusu onu Jül Kunde ilə əvəzləyib.

Futbolçuya burun sümüyünün sınması diaqnozu qoyulub. Klub həkimləri cərrahi əməliyyata ehtiyac olub-olmadığına qərar verəcəklər. 

Qeyd edək ki, 2025-ci ilin noyabrında UEFA Çempionlar Liqasının “Brügge” ilə matçında da Qarsiya analoji zədə almış, lakin həmin vaxt əməliyyata ehtiyac duyulmamışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər