Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat

Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
07.09.2026 10:02 Dünya

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin yeganə həqiqi səbəbidir. Sülhə nail olmaq üçün onun verdiyi qərarı aradan qaldırmaq lazımdır.

TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Endryus Kubilyusun bəyanatında deyilir.

Kubilyusun sözlərinə görə, təcavüzün əsas mənbəyi Putinin hərəkətlərindən qaynaqlanır:

"Müharibənin əsl kök səbəbləri Putinin özüdür, onun 2014-cü ildə Krımı işğal etmək və 2022-ci ildə genişmiqyaslı işğala başlamaq qərarıdır. Müharibənin əsl kök səbəbləri aradan qaldırılmalıdır!".

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər