Soçidə neft bazasında güclü yanğın - VİDEO
Rusiyanın Soçi şəhərinin Adler rayonunda yerləşən “Rosneft-Kubannefteprodukt” neft bazasında yenidən güclü yanğın baş verdiyi bildirilir.
TodayPress TV xəbər verir ki, yerli sakinlərin yaydığı görüntülərdə ərazidən qalın tüstünün yüksəldiyi görünür.
Güclü tüstü səbəbindən şəhər sakinlərinə pəncərələri bağlamaq tövsiyə edilib.
Xatırladaq ki, neft bazası sentyabrın 4-də PUA hücumuna məruz qalmışdı. Yeni yanğından əvvəl isə PUA hücumu və hava həyəcanı barədə məlumat verilməyib.
Türkan İsgəndərli