Paşinyanın Moskvaya səfəri gözlənilir

Paşinyanın Moskvaya səfəri gözlənilir
07.09.2026 09:42 Dünya

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın gələcəkdə Rusiyaya səfər edə biləcəyini bildirib.

TodayPress TV xəbər verir ki, Peskov "RİA Novosti"yə açıqlamasında səfərin dəqiq tarixinin hələ müəyyənləşdirilmədiyini, lakin Paşinyanın bu ilin sonuna qədər Moskvaya səfərinin gözlənildiyini deyib.

Qeyd edək ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putin və Nikol Paşinyan Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.

Görüş zamanı Ermənistanın Avrasiya İqtisadi Birliyinə və ya Avropa İttifaqına üzvlüyü ilə bağlı referendum keçirilməsi də daxil olmaqla bir sıra məsələlər müzakirə olunub.

Danışıqlardan sonra Putin Paşinyanı ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmək üçün Moskvaya dəvət edib. Görüş zamanı Rusiya-Ermənistan əlaqələrinin dərinləşdirilməsinin vacibliyi də vurğulanıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər