Dünya çempionatına gedən yol: Türkiyə voleybolçularından növbəti zəfər!
Türkiyə, Serbiya və Polşanın qadınlardan ibarət voleybol yığmaları 2026-cı il Avropa çempionatındakı uğurlu çıxışları sayəsində 2027-ci ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanıblar.
TodayPress TV xəbər verir ki, Avropa çempionatının nəticələrinə əsasən ilk 3 yeri tutan komanda birbaşa dünya birinciliyinə yollanır.
İtaliya son dünya çempionu kimi artıq turnirdə iştirak hüququ əldə etdiyi üçün 4-cü yeri tutan yığma da mundiala vəsiqə qazanıb.
Qeyd edək ki, AÇ-2026-nın qalibi Türkiyə milli komandası olub. Qardaş ölkə təmsilçiləri həlledici qarşılaşmada İtaliya yığmasını 3:2 (16:25, 25:22, 12:25, 25:21, 15:10) hesabı ilə məğlub ediblər. Yarışın bürünc medalını isə Polşanı 3:1 (25:21, 25:19, 15:25, 25:18) hesabı ilə üstələyən Serbiya qazanıb.
Qadın voleybolçular arasında 2027-ci il dünya çempionatı ABŞ və Kanadada təşkil olunacaq.
Namiq HUN