İndoneziyada 6-sı uşaq olmaqla 11 nəfər yanaraq öldü -VİDEO

İndoneziyada 6-sı uşaq olmaqla 11 nəfər yanaraq öldü -VİDEO
07.09.2026 11:35 Dünya

İndoneziyanın Mərkəzi Papua əyalətinin Paniai rayonunda bazar ərazisində baş verən güclü yanğın nəticəsində 11 nəfər həlak olub. Ölənlərdən 6-sı uşaqdır.

TodayPress TV yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bapouda kəndində gecə saatlarında baş verib.

Təxminən saat 00:25-də başlayan yanğın sıx yerləşən dükan və evlərə sürətlə yayılıb. Nəticədə 40-a yaxın tikili tamamilə yanıb, 20 nəfər isə xəsarət alıb.

Yanğın saat 03:30 radələrində nəzarətə alınıb. Ölənlərin nəşi Paniai xəstəxanasına yerləşdirilib.

Hadisənin dəqiq səbəbi hələlik müəyyən edilməyib.

Faktla bağlı  araşdırma aparılır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər