Azad agent Ziyeş Braziliya yolunda: Şərtlər razılaşdırıldı
Mərakeşli yarımmüdafiəçi Hakim Ziyeş “Botafogo”ya keçidini rəsmiləşdirmək üçün Braziliyaya yola düşəcək.
TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər transferlə bağlı artıq razılıq əldə ediblər. Mərakeşin “Vidad” klubundan ayrılan 33 yaşlı futbolçu Braziliya təmsilçisinə azad agent statusu ilə qoşulacaq. Ziyeşin ölkəyə gəlişindən sonra yeni klubu ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Hakim Ziyeş karyerası ərzində “Çelsi”, “Qalatasaray”, “Ayaks”, “Tvente” və digər klubların şərəfini qoruyub.
“Transfermarkt” portalında mərakeşli futbolçunun transfer dəyəri 2,2 milyon avro qiymətləndirilir.
Namiq HUN