Gəncədə rekord təkrar yox, yeniləndi: Tribunalarda 15 min insan!

Gəncədə rekord təkrar yox, yeniləndi: Tribunalarda 15 min insan!
07.09.2026 12:32 İdman

Azərbaycan Premyer Liqasının cari mövsümünün IV turunda tamaşaçı rekordu yenilənib.

TodayPress TV Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yeni rekord göstərici “Kəpəz” – “Şamaxı” (1:4) matçında qeydə alınıb.

Gəncə şəhər stadionunda baş tutan qarşılaşmanı 15 000 tamaşaçı canlı izləyib.

Xatırladaq ki, bundan əvvəlki rekord III turda yenə Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Turan Tovuz” görüşündə qeydə alınmışdı. Həmin matçı tribunalardan 13 500 azarkeş izləmişdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər