Avropa futbolu Nepal üçün bir araya gəlir: Çempionlar Liqasında bir dəqiqəlik sükut!

Avropa futbolu Nepal üçün bir araya gəlir: Çempionlar Liqasında bir dəqiqəlik sükut!
07.09.2026 13:24 İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun bütün matçları Nepalda baş verən dağıdıcı daşqınlar nəticəsində həlak olanların xatirəsinə bir dəqiqəlik sükutla start götürəcək.

TodayPress TV xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

“Avropa futbolu avqustun 26-da Nepala üz verən dağıdıcı daşqınların qurbanlarının xatirəsini ehtiramla yad edəcək. Bu həftə keçiriləcək bütün UEFA Çempionlar Liqası oyunlarından əvvəl bir dəqiqəlik sükut elan olunacaq, həmrəylik və dəstək rəmzi olaraq isə pankart açılacaq. Pankartın üzərində “Nepal, sən tək deyilsən” sözləri yazılacaq”, – deyə qurumun bəyanatında bildirilir.

UEFA prezidenti Aleksander Çeferin də faciə ilə bağlı fikirlərini bölüşüb:

“Bu həftəki matçlardan əvvəl bütün Avropa futbol ailəsi Nepal xalqına dərin hüznlə başsağlığı vermək və dəstəyini nümayiş etdirmək üçün bir araya gələcək. Bu faciədən və onun fəsadlarından sonra bərpa prosesi dövründə Nepal xalqına güc və dözüm arzulayırıq”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər