Türkiyədən medal gözləntisi: Paraüzgüçülərimiz qitə birinciliyində!
Azərbaycanın paraüzgüçülük üzrə milli komandasının üzvləri Türkiyədə təşkil olunacaq Avropa çempionatında iştirak edəcəklər.
TodayPress TV xəbər verir ki, 7-12 sentyabr tarixlərində Kocaeli şəhərində baş tutacaq qitə birinciliyində ölkəmizi iki idmançı təmsil edəcək.
Yarışda S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında isə Əli Vəliyev çempionatın medalları uğrunda mübarizəyə qoşulacaqlar.
Namiq HUN