Avropada bir kabus dolaşmaqdadır – Alman faşizmi
9 may 1945-ci ildə Vermaxt sarayında fotoqraflar Berlin-Karlshorstda feldmarşal Keitelin təslim aktının imzalanmasını sənədləşdirirlər.
Bax bu mərasimdə alman dövləti adına sonuncu faşist imzasının atılmasından düz 81 il keçir.
Üçüncü Reyxin imperial ölümündən sonra Avropada çox divarlar hörüldü, Roma dövlətinin şimalından gələn barbar tayfalarının hücumlarının qarşısını almaq üçün tikdirdiyi sədlər heç bu qədər möhkəm deyildi, Berlin divarlarınını iki tərəfində bir-birindən amansız şəkildə nifrət edən eyni xalqın fərqli həyat tərzləri vardı. Bu cür düşmənçiliyi, nifrəti ola bilsin ki, ən mükəmməl formada xalqların timsalına Hüqo Vaterloonun səhifələrində ən mükəmməl formada təsvir etmişdi.
Amma özü ilə birlikdə bütün Avropa və dünya xalqlarını cəhənnəmin amansız alovlarına qalayan alman millətçiliyinin odu sönsə də külü daim qalmağa davam edir.
İstənilən bir sosial media təhlilində görmək mümkündür ki, müxtəlif profillərdə faşizmə duyulan nostalgiya, Hitlerin böyük həsrətlə xatırlanması mövcud olan, amma basdırılmış hissin yaşadığını, ilk münbit şəraitdə qol-qanad açacağını proqnoz etmək olar.
Bax, həmin o sözügedən mümkün ehtimallar bugünkü regional və qlobal şəraitdə yetişməkdədir.
Düzdür, bunu Marks o zaman nasional-sosialistlərin əmisi uşaqları olan inter-nasionalistlər haqda demişdir, lakin təhlükə təhlükədir, icraçıları nə qədər fərqli olsa da, “Avropada bir kabus dolaşmaqdadır...”

Rusiya–Ukrayna savaşı siyasi düzəni pozdu
2022-ci ildən bəri Avropa təhlükəsizlik arxitekturası soyuq müharibədən sonra ilk dəfə belə açıq-aşkar silaha çevrildi. SIPRI-yə görə dünya hərbi xərcləri 2025-də 2,887 milyard dollar olub, 11-ci ildir artır. Avropa təkbaşına 864 milyard xərcləyib, bir ildə 14% artım. Aİ-nin 27 üzvü 2025-də 418 milyard avro, 2026 proqnozu 454 milyard avrodur.
Rusiya isə müharibəni öz dövlət aparatının mərkəzinə yerləşdirib. 2025-də hərbi xərc təxminən ÜDM-in 7,5%-i, 16 trilyon rubl civarında qiymətləndirilib. 2026-nın ilk yarısında müharibəyə bağlı federal xərc 10,687 trilyon rubl (~123 milyard dollar) olub: saatda təxminən 29 milyon dollar. Bu, federal büdcə xərcinin 43,8%-i, gəlirin isə 57%-ə yaxınıdır. Dövlət müharibəni maliyyələşdirmir. Dövlət müharibəyə çevrilir.
Hədəfdə Ukraynanın zəiflətdiyi Rusiya varmı?
Düşüncəmiz belədir ki, Ukrayna Rusiyanı yox etmir, onu bahalı və yorğun edir; yorğun imperiya isə növbəti hədəfə çevrilir. Rəqəmlər yorğunluğu göstərir, növbəti hədəfi yox. Moskva 2021-lə müqayisədə hərbi xərci beş dəfədən çox artırıb, amma iqtisadiyyat çöküşə gedir, kəsir böyüyür, insan ehtiyatı tükənir. Zəifləmə var. Avtomatik “sonrakı hücum xəritəsi” yoxdur.
Onun üstünə sonra Polşanı salacaqlar?
1945-dən bəri Avropada sərhədlərin zorla dəyişdirilməsi tabu idi. 2022-ci ilin fevralından sonra bu tabu dağıldı. Dörd il ərzində müharibə iqtisadiyyatı yenidən yazdı. CSIS-in 2026-cı ilin yanvar hesabatına görə, müharibənin hər iki tərəfində ümumi itkilər 2 milyona yaxınlaşır. Rusiya təkbaşına 1.2 milyon itki verib, onlardan 325 minə qədəri ölüdür. Bu, İkinci Dünya Müharibəsindən sonra heç bir böyük gücün görmədiyi rəqəmdir. Ukrayna isə 500-600 min itki, o cümlədən 140 minə qədər ölü ilə qiymətləndirilir.
İqtisadi cəbhədə də rəqəmlər sərt danışır. Rusiya 2025-ci ildə dövlət büdcəsinin təxminən yarısını, 276 milyard dollardan çoxunu hərbiyə xərcləyib. Eyni zamanda böyümə 0.6 faizə düşüb, istehsal azalır. CSIS bunu "minimal qazanc üçün fövqəladə qiymət" adlandırır.
Hədəfdə zəiflədilən Rusiyadır, növbəti dayanacaq Polşadır, yekun zərbə isə Almaniyadandır

Bu tezis 2023-2025-ci illərdə Avropa təhlükəsizlik məsələlərində təkrarlanır. Məntiq belədir: Rusiya Ukraynada tükənir, Qərb onu zəiflətməklə NATO-nun şərq cinahını möhkəmləndirir. 2026-cı ilin yazında CSIS qeyd edir ki, Rusiya ayda 30-34 min itki verir, halbuki cəmi 27 min yeni əsgər cəlb edə bilir. Yəni itki rekrutdan çoxdur.
Polşa bu temalarda "sipər" rolundadır. Almaniya isə iqtisadi və texnoloji çəkisi ilə "yekun zərbə" metaforasının ünvanına çevrilir. Lakin tarixi paraleli düz çəkmək üçün yadda saxlamaq lazımdır: 1939-cu ildə Hitler də əvvəlcə SSRİ ilə Molotov-Ribbentrop paktını bağladı, sonra 1941-də hücuma keçdi. Yəni ittifaqlar müvəqqəti, maraqlar daimidir.
Polşa silahlanan tərəfdir. NATO məlumatına görə 2026-da Polşanın müdafiə xərci ÜDM-in təxminən 4,68%-idir. Litva 5,33, Estoniya 5,10, Latviya 4,92. Şərq cinahı hücum gözləyərək, sərhədi betonlayan zonadır. Polşanı “növbəti qurban” yazmaq üçün açıq hərbi plan görünməsə də, var olan şey qorxu və səfərbərlikdir.
Yekun zərbəni almanlar vuracaq?
Almaniyanın etdiyi şey hücum hazırlığı yox, 30 illik boşluğu bağlamaqdır. NATO-ya 2026 üçün bildirilən rəqəm 124,7 milyard avrodur — 2025-dəki 99,3 milyarddan 25,5% çox, ÜDM-in 2,69%-i. Aİ-də ABŞ-dan sonra ən böyük müdafiə xərci Almaniyadadır. 2026–2030 arası müdafiəyə bağlı xərc planı yüz milyardlarla ölçülür. “Yeni Reyx” sübut kimi ortada olmasa da, Ukrayna müharibəsindən sonra Bundesverin gecikmiş dirçəlişini görə bilirik.
Bu dəfə almanlar yəhudilərlə də yola çıxacaq
1945-dən sonra Almaniya dövlətinin rəsmi xətti antisemitizmə qarşı qurulub, İsrailə dəstək xətti isə uzun illər “dövlət səbəbi” kimi təqdim olunub. Bu, tarixi ironiyadır, amma avtomatik “yeni ittifaq, köhnə ruh” demək deyil. Seçki nəticələri, sosial şəbəkə nostalgiası və xarici siyasət eyni şey deyil. Onları bir cümlədə əritmək asan olmasa da Avropada, xüsusilə almanların tərəfində güclü bir qüvvə kimi yəhudilərin çıxış etməsi ənənəni dəyişdirsə də, faşizmi olduğu kimi saxlamaqdadır.
Qalib gələn faşizmdir, amma alman deyil
Saksoniya-Anhaltda AfD 43,8% aldı, 41 dairədən 38-ini qazandı, amma 83 yerdən 39-u ilə hələ də təkbaşına hakimiyyət qurmadı. Tarixi tabunun sarsılmasını görə bilərik.
AfD lideri Alis Vaydelin siyasi və şəxsi kimliyi də çox mübahisəlidir.
1- Homoseksuallara qarşıdır – halbuki özü lezbiyandır.
2- İmmiqrasiyaya qarşıdır – halbuki partnyoru immiqrantdır.
3- Homoseksualların uşaq övladlığa götürməsinə qarşıdır – halbuki özünün övladlığa götürdüyü iki qızı var.
4- Alman millətçisi kimi davranır – halbuki İsveçrədə yaşayır.

Digər maraqlı bir qənaət də var:
Birinci Dünya Müharibəsini almanlar başlatdı.
İkinci Dünya Müharibəsini nasist Almaniyası başlatdı.
Onlar varlıların və Amerikanın dəstəyi ilə nasistləri yenidən hakimiyyətə gətirərək dünyanı Üçüncü Dünya Müharibəsinə doğru sürükləyirlər.
Nasist keçmişinə və tarixlə üzləşmək iddialarına malik olan Almaniya dövləti yeni siyasi dalğalarla yenidən formalaşır.
Bu dəfə tarix bağışlamayacaqmı?
Bəli, rusların dəstəyi ilə millətçilərin hakimiyyətə gedən yolu açımaq üzrədir. Bu separatizm dalğasını Avropada hakimiyyətlərə daşıyan ruslar qarşılarındakı cəbhəni bölməyi hədəfləyirlər, hazırda AFD lideri də bunu deyir ki, əvvəlcə, öz millətimizi qazla təmin edib, sonra Avropanı düşünək. Bizim Rusiya ilə bölə bilmədiyimiz nələr var ki?
Biz axı bu oxşar təcrübəni Molotovla Ribbentropun paktında görmüşdük, cəmi 2 il sonra almanlar blitskriqlə Moskvaya yol aldılar.
Bu gün də AFD-nin böyük ehtimalla saf dəyişdirəcəyini indidən görə bilərik.
Ukrayna, Polşa və Rusiyaya öldürücü zərbəni vuracaq Almaniya.
Bəs, rəqəmlər və datalar bizim dünya müharibəsinə nə qədər yaxın olduğumuzu göstərir? Onlara da baxdıqdan sonra qərarımızı bir daha verə bilərik:

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı