Küləkli hava şəraiti ilə bağlı neçə nəfər xəsarət alıb? AÇIQLANDI

Küləkli hava şəraiti ilə bağlı neçə nəfər xəsarət alıb? AÇIQLANDI
08.09.2026 11:00 Hadisə

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə TodayPress TV-yə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.

Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər