Xırdalanda balkonun şüşəsi qadının başına düşdü

Xırdalanda balkonun şüşəsi qadının başına düşdü
07.09.2026 16:50 Hadisə

Xırdalanda güclü külək xəsarətlə nəticələnən hadisəyə səbəb olub.

TodayPress TV-nin sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 7-də saat 14:40 radələrində Xırdalan şəhəri, M.Hüseynzadə küçəsindən təcili tibbi yardım çağırışı daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. 1978-ci il təvəllüdlü qadına yerində tibbi xidmət göstərilib.

Məlumata görə, güclü külək zamanı binanın şüşə balkonunun bir hissəsi qırılaraq aşağı düşüb və həmin ərazidə olan qadının başına dəyib.

Hadisə nəticəsində qadın xəsarət alıb.

Kübra Musayeva

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər