“Real”dakı qalmaqallı söhbətlərə Mbappedən nöqtə: “Milyonlarla fikirdən biridir”

“Real”dakı qalmaqallı söhbətlərə Mbappedən nöqtə: “Milyonlarla fikirdən biridir”
07.09.2026 16:32 İdman

Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe bəzi azarkeşlərin və ekspertlərin onun komandanın digər ulduzu Vinisius Juniorla bir arada oynaya bilmədiyi barədə səsləndirdikləri fikirlərə cavab verib.

TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, fransalı ulduz futbolçu komanda yoldaşı ilə münasibətləri və hədəfləri barədə danışıb.

“Vinisiusla bir-birinizə uyğun gəlmədiyiniz barədə fikirlərə və söhbətlərə necə yanaşırsınız?” sualını cavablandıran Mbappe deyib:

“Bu, dünyanın ən böyük klubu olan “Real” haqqında səslənən milyonlarla fikirdən biridir. Başqa insanların dediyi hər şeyə nəzarət edə bilmərəm. Vinisiusla mənim vahid bir məqsədimiz var - titul qazanmaq. İnsanların düşüncələrinə təsir etmək gücümüzdə deyil. Biz deyilənləri dinləyirik, özümüzü inkişaf etdirməyə çalışırıq və irəliyə doğru addımlayırıq”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər