Kardaşyanın Azərbaycana girişinə icazə veriləcək? – Bakıdan ilk REAKSİYA

Kardaşyanın Azərbaycana girişinə icazə veriləcək? – Bakıdan ilk REAKSİYA
07.09.2026 16:44 Sosial

Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın “Formula 1” Azərbaycan Qran-Prisinə qatılacağı barədə məlumat yayılıb. İddia edilir ki, o, sevgilisi, “Formula 1” pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıya gələcək.

Lakin onun 44 günlük Vətən müharibəsi zamanı Ermənistanı açıq şəkildə dəstəkləyib Azərbaycana qarşı kampaniya aparması bu səfərin baş tutmasına icazə verilməyəcəyini gündəmə gətirir.

TodayPress TV xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, Kardaşyanın Azərbaycana gəlməsi hüquqi baxımdan mümkündür:

“Bu məsələdə əsas qərar Azərbaycan tərəfinin səlahiyyətindədir. Kardaşyan Ermənistan vətəndaşı deyil, ABŞ vətəndaşıdır. Buna görə də onun Azərbaycana səfəri üçün əsas məsələ viza və ölkəyə girişlə bağlı hər hansı məhdudiyyətin olub-olmamasıdır”.

M.Muradlı bildirib ki, Kardaşyanın Bakıya gəlişi səfirliyin qərarından asılıdır:

“Əgər Kim Kardaşyan “persona non grata” elan edilməyibsə və onun Azərbaycana girişinə qadağa yoxdursa, viza alaraq ölkəyə gələ bilər. O, bunun üçün Azərbaycan səfirliyinə müraciət etməlidir. Onun səfirliyə müraciət edib-etmədiyini bilmirəm. Əgər Azərbaycana girişinə qadağa qoyulubsa, təbii ki, ölkəyə gələ bilməz. Yəni bu məsələdə hər şey Azərbaycan tərəfinin qərarından asılıdır”.

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər