Mbappe “Real”ın əzəmətindən danışdı: “Qızıl top” qaçılmazdır!

Mbappe “Real”ın əzəmətindən danışdı: “Qızıl top” qaçılmazdır!
07.09.2026 17:08 İdman

Maddridin “Real” klubunun və Fransa milli komandasının hücumçusu Kilian Mbappe dünya futbolunda en nüfuzlu fərdi mükafat olan “Qızıl top”u qazanmağa layiq olub-olmadığı barədə verilən sualı cavablandırıb.

TodayPress TV “AS” nəşrinə istinadən xəbər verir ki, fransalı ulduz futbolçu mükafat haqqında düşüncələrini bölüşüb.

“Kilian, “Qızıl top”a layiq olduğunuzu düşünürsünüzmü?” sualına Mbappe belə cavab verib:

“Dünyanın ən böyük klubu olan “Real”da oynayanda adınız istər-istəməz bu cür mükafatlarla yan-yana çəkilir. “Qızıl top”u qazanmaq hər bir futbolçu üçün böyük nailiyyətdir. Yayda mən əsas futbol turnirində tarix yazdım, lakin qarşıda hələ uzun yol var. İnsanlar isə dünyada kimin ən yaxşı oyunçu olduğu barədə düşünmək azadlığına sahibdirlər”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər