Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur

Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur
07.09.2026 17:50 Sosial

Bakı-Həştərxan-Bakı istiqamətində müntəzəm uçuşlar sentyabrın 30-da bərpa olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə "Report" Həştərxan Beynəlxalq Hava Limanına istinadən məlumat yayıb.

Bildirilib ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Azərbaycan paytaxtına birbaşa müntəzəm uçuşları həyata keçirəcək.

Məlumata əsasən, Həştərxan Beynəlxalq Hava Limanından uçuşlar həftədə üç dəfə - çərşənbə, cümə və bazar günləri planlaşdırılır. Səyahət müddətinin 1 saat 25 dəqiqə olması gözlənilir. Daşıyıcı bu marşrut üzrə "Embraer E-190" təyyarələrindən istifadə edəcək.

Xatırladaq ki, AZAL 2025-ci il fevralın 3-də Rusiyanın Həştərxan şəhəri üzərində hava məkanının mütəmadi olaraq bağlanması səbəbindən Bakı-Həştərxan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər