Milli komandamız Vladiqafqazı fəth etdi: 3 çempionluq, 8 medal!
Sərbəst güləş üzrə Azərbaycan milli komandası Vladiqafqazda keçirilən beynəlxalq turnirdən 8 medalla vətənə qayıdıb.
TodayPress TV xəbər verir ki, sərbəst güləşin əfsanələri Aslan və Maxarbek Xadartsev qardaşlarının xatirəsinə həsr olunan yarışda 10-a yaxın ölkədən 100-dən çox idmançı mübarizə aparıb.
Milli komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın 8 üzvü fəxri kürsüyə qalxıb.
İdmançılarımızdan Zirəddin Bayramov (70 kq), Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) turnirin qızıl medallarını qazanıblar.
Osman Nurmaqomedov (92 kq) və Xetaq Karsanov (125 kq) gümüş, Cəbrayıl Hacıyev (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Muxamad Qantemirov (125 kq) isə bürünc medala sahib olublar.
Beləliklə, millimiz xatirə turnirini 3 qızıl, 2 gümüş və 3 bürünc medalla tamamlayıb.
Namiq HUN