Qeyci ilə Topuriyanın revanşı UFC-də hər şeyi dəyişə bilər

Qeyci ilə Topuriyanın revanşı UFC-də hər şeyi dəyişə bilər
07.09.2026 15:20 İdman

Castin Qeyci ilə İlya Topuriyanın revanş döyüşünün UFC üçün niyə sərfəli olduğu açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Aaron Bronsteter məlumat yayıb. 

Bildirilir ki, yüngül çəkidə çempion olan amerikalı Castin Qeyci ilə gürcü-ispan döyüşçü İlya Topuriya arasındakı revanş promouter baxımından məntiqli seçimdir. 

“Çoxları mənimlə razılaşmayacaq, amma bu, əslində ən məntiqli variantdır. İlya qalib gəlsə, bu, onun statusunu yenidən yüksəldəcək. Əgər İlya məğlub olsa, Qeyci yüksələn ulduza qarşı ardıcıl iki qələbədən sonra karyerasını başa vuracaq və divizion çoxsaylı real iddiaçıların iştirakı ilə yenidən formalaşacaq”, – deyə Aaron sosial şəbəkədəki hesabında yazıb.

Qeyd edək ki, Topuriya Qeyciyə texniki nokautla məğlub olub. Dördüncü raunddan sonra İlyanın küncü döyüşçünü qarşılaşmadan çıxarıb. Bu, gürcü-ispan əsilli idmançının peşəkar karyerasında ilk məğlubiyyəti olub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər