“Sabah” İngiltərəyə problemlərlə gedir: Üç aparıcı oyunçu zədələnib!
“Sabah” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək ilk tur matçında “Mançester Yunayted”in qonağı olacaq.
TodayPress TV paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionu “qırmızı şeytanlar” önünə itkilərlə çıxa bilər.
“Sabah”ın heyətində hazırda üç zədəli futbolçu var. Ksander Severina, Stiv Solvet və Umarali Raxmonaliyevin Mançester təmsilçisi ilə görüşdə iştirak edib-etməyəcəyi hələ ki dəqiq bəlli deyil.
Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” matçı sentyabrın 10-da keçiriləcək. “Old Trafford” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Namiq HUN