İllər sonra yenidən gündəmdə: Flora Kərimova erməniyə görə səhnədən uzaqlaşdırılmışdı?

İllər sonra yenidən gündəmdə: Flora Kərimova erməniyə görə səhnədən uzaqlaşdırılmışdı?
07.09.2026 14:41 Araşdırma

Flora Kərimovanın sovet dövründə “Qarabağ şikəstəsi” ifasına görə cəzalandırılması ilə bağlı maraqlı fakt yenidən gündəm olub.

TodayPress TV illər öncə də gündəmə gələn hadisəni xatırladır:

Öncədən də yayılan məlumatlara görə, adisə Sovet İttifaqı dövründə Qarabağda keçirilən konsertlərin birində baş verib.  Sara Qədimova və Şövkət Ələkbərovadan sonra səhnəyə çıxan erməni əsilli müğənni çox zildən “Qarabağ şikəstəsi”ni oxuyur. Ondan sonra çıxış etməli olan Flora Kərimova isə öz ifa edəcəyi mahnını yox, “Qarabağ şikəstəsi”ni oxuyur, özü də erməni müğənninin oxuduğundan iki not daha yüksəkdən.

Bundan sonra sənətçinin Bakıya qayıtmasının ardınca həmin dövrün Mədəniyyət Nazirliyi onun bu addımını milli təəssübkeşlik kimi qiymətləndirib və Flora Kərimovanı uzun müddət səhnədən uzaqlaşdırıb.

Lakin illər öncə Flora Kərimova bu məsələ ilə bağlı açıqlamasında məlumatın təhrif olunduğunu qeyd etmişdi:

"O konsert Qarabağda deyil, Ermənistanda idi. Mən orada Qarabağ şikəstəsini deyil, məşhur türk mahnısı olan "Atlı karınca dönüyor" mahnısını ifa etmişdim. Bu Ajda Pekkanın mahnısı idi. Konsertdən sonra Türkiyədə yaşayan ermənilər mənə yaxınlaşdı və ifaya görə təşəkkür etdilər”. (Azxəbər.com)

Daha maraqlı bir hadisə Flora Kərimovaya qarşı qoyulan ən uzunmüddətli qadağadır. Həmin dövrdə Moskvada SSRİ-nin hər bir müttəfiq respublikasından bir sənətçiyə SSRİ Xalq artisti fəxri adının verilməsi qərara alınmışdı. Moskvanın Mərkəzi Televiziyasının sifarişi ilə hazırlanmış musiqili filmdə Flora Kərimovanın ifasını bəyənən SSRİ Mədəniyyət Nazirliyinin əməkdaşları bu ada Azərbaycandan məhz onun layiq görülməsini istəyirdilər.

Lakin SSRİ Xalq artisti adını almaq üçün müəyyən ardıcıllıq tələb olunurdu. Sənətçi əvvəlcə Azərbaycan SSR Xalq artisti, daha sonra isə Ermənistan SSR Xalq artisti fəxri adlarını almalı və yalnız bundan sonra SSRİ Xalq artisti adına təqdim edilməli idi.

Prosesin ilk mərhələsi problemsiz şəkildə irəliləsə də, növbə Ermənistan SSR Xalq artisti adına çatanda Flora Kərimova prinsipial mövqe nümayiş etdirərək bu fəxri adı almaqdan qəti şəkildə imtina etdi. Buna görə SSRİ hakimiyyəti ona aid olan bütün əsərləri arxivdən silməyə başlayır. Ona aid əsərlərin əksəriyyətinin 2-ci nüsxəsi gizlədilərək bu günümüzə kimi gəlib çatıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər