Mourinyo Çempionlar Liqasında ilk sınaq üçün hədəfini açıqladı
“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “İnter”ə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Portuqaliyalı mütəxəssis qarşılaşmadan gözləntisini açıqlayarkən qələbə qazanmaq istədiyini deyib:
“Mən yaxşı oynamaq istədiyimi deyə bilərdim. Amma “Betis”lə oyunda olduğu kimi yaxşı çıxış edib sonda məğlub olmaq istəmirəm. Mən qalib gəlmək istəyirəm!
Qarşımızda pley-offa yüksəlmək məqsədi ilə səkkiz oyundan ibarət mərhələ var. Düşünürəm ki, bunu bacaracağıq. Amma “İnter”lə matça Çempionlar Liqasının əsas mərhələsinin ümumi kontekstindən kənarda, ayrıca bir oyun kimi yanaşmaq istəyirəm. Qarşıdakı digər yeddi matç barədə düşünmək istəmirəm. Sadəcə qalib gəlmək istəyirəm”.
Qeyd edək ki, Madrid təmsilçisi sentyabrın 8-də doğma meydanda “İnter”i qəbul edəcək.
Namiq HUN