İranda benzinə böyük artım: Qiymət ikiqat qalxdı

İranda benzinə böyük artım: Qiymət ikiqat qalxdı
08.09.2026 09:12 Dünya

İran hakimiyyəti subsidiyaya daxil olmayan benzinin qiymətini ikiqat artırıb.

TodayPress TV xəbər verir ki, yeni qərara əsasən, sentyabrın 8-dən üçüncü tarif üzrə benzinin 1 litri 10 min tümən olacaq.

İlk iki tarif üzrə qiymətlər isə dəyişməyib və müvafiq olaraq 1500 və 3000 tümən olaraq qalır.

Üçüncü tarif yanacaq kartındakı ilk iki limit başa çatdıqdan sonra tətbiq olunur.

Bu qərar İranın iqtisadi təzyiqlərlə üzləşdiyi bir vaxtda qəbul edilib. Ölkənin Hörmüz boğazını bağlama ehtimalı ilə bağlı da son günlərdə müxtəlif açıqlamalar səsləndirilir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər