Keyndən “Qızıl top” etirafı: “Öz nəticəmə təəccüblənirəm”

Keyndən “Qızıl top” etirafı: “Öz nəticəmə təəccüblənirəm”
08.09.2026 08:11 İdman

“Bavariya”nın və İngiltərə millisinin hücumçusu Harri Keyn “Qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “TNT Sports”a müsahibəsində bildirib.

33 yaşlı ingiltərəli futbolçu ötən mövsümkü çıxışından qürur duyduğunu deyib:

“Ötən mövsümü keçirmə tərzimlə inanılmaz dərəcədə qürur duyuram. Bu yaxınlarda peşəkar futbolçu olmaq arzusu ilə yaşayan sıravi bir azarkeş idim, indi isə buradayam və mükafatlar alıram. “Qızıl top”la bağlı da vəziyyət eynidir -  namizədlər arasında olmaqdan şadam, lakin indi hər şey səs verən və qərar qəbul edənlərdən asılıdır. Ötən mövsüm böyük fərqlə karyeramın ən yaxşısı oldu. İndi yalnız gözləmək qalır”.

Ötən mövsüm 73 qol vuran Keyn bu göstərici ilə Lionel Messi və Kriştianu Ronaldunun ən yaxşı nəticələrinə yaxınlaşıb. İngiltərəli hücumçu belə məhsuldarlığın özü üçün də gözlənilməz olduğunu etiraf edib:

“Mən Messinin və Ronaldunun möhtəşəm dominantlığını izləyərək böyümüşəm. Yalnız Messi bir mövsümdə bundan çox - 82 qol vurub. Ronaldunun ən yaxşı göstəricisi isə xatırladığıma görə 69 qol olub. Bunlar inanılmaz rəqəmlər görünürdü. Ona görə də 73 qol vurmağıma özüm də təəccüblənirəm”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər