Oğrulardan qorxdu, maşını DAMA QALDIRDI! - Hindistanda maraqlı görüntülər
Hindistanın Bihar ştatında yaşayan kişi xaricə səfər etməzdən əvvəl avtomobilini oğurluqdan qorumaq üçün qeyri-adi üsula əl atıb.
TodayPress TV xəbər verir ki, bu barədə “NDTV” məlumat yayıb.
İnternetdə yayılan görüntülərdə avtomobilin tikinti kranı vasitəsilə qaldırılaraq yaşayış evinin damına yerləşdirildiyi görünür.
Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata görə, avtomobilin sahibi işlə əlaqədar xaricə getməyə hazırlaşıb və avtomobilinin oğurlana biləcəyindən narahat olub. O, avtomobili adi qaydada park etmək və ya tanışlarının yanında saxlamaq əvəzinə, oğruların çatmasının çətin olacağını düşündüyü yerə – evin damına qaldırmaq qərarına gəlib.
Aysel Mətləb